Ermənistan parlamenti “Ermənistan” blokunun üzvü İşxan Saqatelyanı vitse-spiker seçib.
KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, gizli səsvermə zamanı deputatların 64-ü Saqatelyanın lehinə səs verib. Eyni zamanda, 37 deputat buna qarşı çıxıb, 2 səs isə etibarsız sayılıb.
Qeyd edək, Daşnaksutyun Partiyasının fəallarından olan İşxan Saqatelyan 3-cü və sonuncu cəhddən vitse-spiker seçilib. Əvvəlki iki səsvermədə onun təsdiqlənməsi üçün yetərsəs toplanmamışdı.
Parlamentdəki 3 vitse-spikerdən 1-i müxalifət nümayəndəsi olacaq. Digər iki vitse-spiker Ruben Rubinyan və Akop Arşakyandır. Parlamentin yeni spikeri isə Alen Simonyan seçilib – hər üç deputat iqtidarı təmsil edir./nocomment/
