Ermənistanın Armavir rayonunun Parakar kəndində vəziyyət gərgindir.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, kənddə keçirilən kənd icra nümayəndəsi seçkiləri nəticəsində gərgin vəziyyət yaranıb.
Seçkilərin nəticələrindən narazı qalanlar bu gün icmanın inzibati binası qarşısında toplaşaraq içəri daxil olublar. Onlar cümə günü iclasa başlayan Ağsaqqallar Şurasının üzvlərinə təzyiq göstərməyə çalışıblar.
Bu cəhdlərin qarşısı binanı mühasirəyə alan çoxsaylı polis əməkdaşları tərəfindən alınıb. Polislə etirazçılar arasında qarşıdurma yaranıb, dava düşüb.
Xuraman Etibarlı,
KONKRET.az
