Ermənistanda Sarkisyan faktoru və ya “ingilis barmağı” – ŞƏRHbackend

Ermənistanda Sarkisyan faktoru və ya "ingilis barmağı" - ŞƏRH

“Ermənistandakı proseslərin mövcud mənzərəsində prezident Armen Sarkisyan ən kritik rolu oynayacaq fiqura çevrilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy Ermənistandakı hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, Armen Sarkisyanın səlahiyyətləri məhdud olsa da, son proseslərdə ciddi fiqur kimi diqqətləri özünə çəkib:

“Konstitusiyaya görə, Ermənistan prezidentinin səlahiyyətləri baş nazirlə müqayisədə xeyli məhdud və bəzən də simvolikdir. Ancaq mövcud siyasi vəziyyətdə prezident sistemdə balansı saxlaya biləcək fiqur rol oynayır. Sarkisyan 3 aydır baş nazirlə, müxalifətlə, siyasi partiyaların parlament fraksiyalari ilə aktiv görüşlər keçirir. Prezident xarici ölkə nümayəndələri tərəfindən də artıq ciddi fiqur kimi nəzərə alınmağa başlayıb.

Nikol Paşinyanla ordu arasında son böhranda da prezidentin mövqeyi mühüm rol oynayacaq. Belə ki, Paşinyan artıq qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi haqqında prezidentə təqdimat yazıb. Prezident ya 3 gün ərzində (Sabah vaxt tamam olur – red.) təqdimatı təsdiqləməli, ya da Konustitutsiya  Məhkəməsinə göndərməlidir. Konustitutsiya  Məhkəməsinin isə bununla bağlı 5 gün ərzində qərar verməsi şərtdir. Prezident bu iki addımdan birini atmasa, Paşinyanın təqdimatı qüvvəyə minəcək. Müxalifət prezidentə təqdimatı baş nazirə geri göndərməyi təklif edib. Prezident isə açıqlamalarda balansı qorumağa çalışır. O dünən öncə Qasparyan, sonra isə Paşinyanla görüşüb. Bu arada Qasparyanın taleyinin Paşinyanın Putinlə 25 fevraldaki telefon danışıgında müzakirə edilməsi çox yüksək ehtimaldır. Paşinyanın bu görüşdən sonra da Qasparyanın istefasında təkid etməyə davam etməsi də maraqlıdır. Xalq dəstəyi davam edən, bütün müxalifətin 3 aydır yıxa bilmədiyi bir baş nazirin məğlub ordunun qərargah rəisinə uduzması isə şübhəli görünür. Paşinyan müxalifət üçün müəyyən güzəştlər etsə də, Qasparyanın getməsini təmin etməsi mümkündür. Onun yerinə Rusyanin başqa bir adamını gətirə bilər. Qərargah rəisinin səlahiyyətlərini minimuma endirməklə bağlı da dəyişikliklər də gündəmə gələ bilər.

Prezidentin böhranda necə qərar verəcəyi həm də onun təmsil etdiyi strateji xətlə yaxından əlaqəlidir. Armen Sarkisyan 20 il (1998-2018) Ermənistanin Böyük Britaniyada səfiri olub. Karyeralı diplomatdır. Bütün diplomatik kareyarasi Qərbdə, konkret olaraq İngiltərə, Belçikada, ümumilikdə Avropada keçib. Qərbin və konkret olaraq “İngiltərənin adamı” da demək olar. Həyatında cəmi 4 ay Petrosyanin baş naziri olub və onun istefası sonrasında 1997-ci ildə  Koçəryan tərəfindən vəzifədən çıxarılıb.

Prezident Sarkisyanin böhrandaki mövqeyi Qərbin oyun planını da qismən ortaya qoyacaq. Bu oyun planı Paşinyanı dəstəkləmək ola biləcəyi kimi, onu bənzər biri ilə əvəz etmək də olar bilər. Prezidentin hələlik balanslı davranmağa çalışması Ermənistanda Paşinyan ilə Sarkisyan arasında vəzifə bölgüsünun nəticəsi kimi də yozula, həmçinin Qərbin Paşinyan gedərsə sistemdə Sarkisyan vasitəsilə təsir imkanlarını qoruma məqsədi də daşıya bilər”.

Xatırladaq ki, 10 noyabr atəşkəsindən sonra Sarkisyan hökumətin istefasını tələb edib. (qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*