Ermənistanda səfərdə olan Andrea Viktorinin çantası erməniləri DƏLİ ETDİ – FOTObackend

Ermənistanda səfərdə olan Andrea Viktorinin çantası erməniləri DƏLİ ETDİ - FOTO

Ermənistanda səfərdə olan Andrea Viktorinin çantası erməni revanşistləri arasında isterika yaradıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, İyunun 16-da Andrea Viktorinin rəhbərlik etdiyi missiya və Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun nümayəndələri Avropa İttifaqının köməyi ilə Sünik (Zəngəzur) bölgəsində tikiləcək potensial SMART mərkəzlərinin iki tikinti meydançasından birinə baş çəkiblər.

Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinin çantası erməni müxalifətini dəli edib.

“Bu, Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorindir.

Erməni polisinin və Paşinyanın sevinclə gülümsəyən himayədarının əlində qeyri-adi xəritə olan çanta var.

Xəritədə Qarabağ yoxdur, Azərbaycanla Naxçıvan arasındakı əlaqə isə Meğridən keçir, Ermənistanla İran arasında da sərhəd yoxdur.

Azərbaycan özü artıq Avropa Birliyindədir. Kimin belə bir xəritə çəkdiyi məlum deyil, amma xanım səfirə əlinə verilənə diqqətli olmağı tövsiyə edirik”, – deyə qəzəbli  ermənilər iradlarını bildiriblər.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*