Ermənistanda yanğın: 15 hərbçi öldübackend

Ermənistanda yanğın: 15 hərbçi öldü

Ermənistanda hərbi hissənin kazarmasında baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-snayper bölməsinin kazarmasında gecə saat 01:30 radələrində baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olub, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda deyilir.

Hazırda yanğının səbəbi müəyyənləşdirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*