“Nikol Paşinyan 2022-ci il 6 oktyabrından etibarən Azərbaycan və Türkiyədən Ermənistanın ərazi bütövlüyü ilə bağlı “kadastr kağızı” almaq üçün Qarabağı təslim etmək siyasətini həyata keçirir”.
KONKRET.AZ xəbər verir ki, bu fikirləri “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan bildirib:
“Cəmiyyətimizin kiçik bir hissəsi buna səssiz razılığını verib. Çünki öz dünyagörüşlərinə uyğun olaraq inanırlar ki, kiçik əraziləri təslim etməklə ölkəni xilas etmək olar. Amma Əliyevin son açıqlamaları bu düşüncədə olanların ümidlərini puç etdi. Paşinyanın reaksiyasızlığı, onun cəmiyyətin bu hissəsini aldatması, Ermənistanın gələcəyini təhlükə altında olmasını təsdiqləyir. İndi Azərbaycan gözünü bütün Ermənistan ərazisinə dikib”.
Siyasətçinin sözlərinə görə, Paşinyana inanan azlıq da onun gücünün iflasa uğradığını və onun tükənmiş bir fiqur olduğunu anlayır:
“Ermənistan müstəqil dövlət kimi ekzistensial krizislə üz-üzədir. Bütün bunlar isə son 5 ildə aparılan fəlakətli siyasətin nəticəsidir. Ona görə də Ermənistanı dünya xəritəsində dövlət kimi saxlamaq və onun dinc inkişafını təmin etmək üçün ölkəmizə yeni rəhbərlik və yeni təhlükəsizlik siyasəti lazımdır”.
Natiq Səlim,
KONKRET.az

1920-ci ildən 2020-ci ilə kimi Azərbaycanın torpaqlarını işğal edərək 9min kv km-dən 29,8 kv km ə çatdırıblar,Azərbaycan dinməyib.İndi biz haqqımızı tələb edəndə təəcüblənirlər ki,Azərbaycanlılar da haqqını tələb edərmiş??Ona görə hər gün ucadan o torpaqları tələb etməliyik.Qoy tarix geriyə doğru ədaləti bərpa etsinl!