Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdurbackend

Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur

Bu gün sosial şəbəkələrin erməni seqmentində ümumi yekdil şərhlər yayılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, həmin şərhlərə görə, Koçaryan erməniləri qırğına çağırır, amma alternativi var.

Məsələn, əsas şərhlərdən birində deyilir:

“Gəlin məsələyə obyektiv baxaq.

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətini yaxşılaşdıracaq. Ən azından iqtisadi inkişaf baxımından irəliləyiş olacaq.

Rusiya bu gün heç kimə kömək etmək iqtidarında deyil. Rusiya regional gücdən regional tüfeyliyə çevrilib. Maksimum pulu ancaq “qunduz yeyənlər”in (Marqarita Simonyan nəzərdə tutulur – red.) saxlanmasına yetir.

Fransa isə, əzizlərim, buradan çox uzaqdır. Onların işi zaman-zaman mırıldamaqdır. Kimsə paralel olaraq üzünə bir şillə alır. Ancaq məsələ bunda deyil.

Əslində Ermənistan tək qalıb. Bu reallığa uyğun olaraq, bu ölkənin siyasi elitasının iki yolu var:

a) Koçaryanla intihar;

b) Azərbaycanın şərtlərini qəbul edib, iqtisadi üstünlüklər əldə etmək.

Beləliklə, erməni mənşəli Azərbaycan vətəndaşları, seçim sizindir: ya insan kimi yaşamaq, ya da acınacaqlı həyat sürmək”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*