Ermənistanın baş prokuroru: “Azərbaycana təklif edildi ki…”backend

Ermənistanın baş prokuroru: "Azərbaycana təklif edildi ki..."

Ermənistanın baş prokuroru Artur Davtyan sərhəd insidentlərinin qarşısını almaq üçün üçtərəfli mexanizm yaratmağı təklif edib.

KONKRET.az-ın məlumatına görə, Artur Davtyan Ermənistan İctimai Televiziyaya müsahibəsində deyib ki, bu təklifi sentyabrın 23-də Nursultanda Rusiya Federasiyası və Azərbaycanın Baş prokurorları ilə üçtərəfli görüş zamanı səsləndirib.

“Sərhəd insidentləri ilə bağlı mümkün üçtərəfli mexanizmlərin formalaşdırılmasının zəruriliyi ilə bağlı məsələ qaldırdım. Mən bunu onunla izah etdim ki, istənilən sərhəd insidentini həmişə tərəflərdən biri yarada bilər və kulminasiyanın nə olacağına heç kim zəmanət verə bilməz”, – Davtyan bildirib.

Ermənistanın baş prokuroru deyib ki, bu mexanizmlərin müsbət təsiri o halda olacaq ki, hər bir belə hadisənin üstü açılsın və günahkarlar məsuliyyətə cəlb olunsun: “Hər bir hərbi qulluqçu bilməlidir ki, əldə edilmiş razılaşmaların cinayətlə pozulması cinayət nəticələrinə səbəb olacaq”./teleqraf/

  • Vefa
    Noyabr 4, 2021 - 13:36

    Neye gerek muharibe.h er kes dünyaya bir defe gelir.oz heyatini yasAsin,bir qurup din ehlidir ,quruplLasmalarir öz meqsederi ucun qirqin qiyametden hezz alırlar.prezidentler sulh terefdarlaridir.🇦🇿

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*