Ermənistanın keçmiş baş nazirinə cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu bardə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumat yayıb.
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.
Baş Prokurorluğunun məlumatına görə, Abrahamyan vəkil edilmiş şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edərək, onun vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı qanuniləşdirib.
Xuraman Etibarlı,
KONKRET.az
