Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı dələduzluq işi başlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ara Oskanyan həbsdə olan əmlakı satmaqda ittiham olunur,
Sabiq nazirin oğlu artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətindədir.
2017-ci ildə o, borclu şəxsi qaçırmaqda şübhəli bilinərək saxlanılıb. Lakin sonradan iş bağlanıb.
Xuraman Etibarlı,
KONKRET.az
