“Ermənistanın məhvi Zəngəzurdan başlayacaq” – Satanovskibackend

"Ermənistanın məhvi Zəngəzurdan başlayacaq" - Satanovski

Ermənistanda baş verənlər Rusiyada geniş müzakirə olunur. Ermənistanın hazırkı vəziyyətini təhlil edən ekspertlər düşmən ölkədə baş verənlərə öz münasibətlərini bildirirlər.

KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Yevgeni Satanovski də ona ünvanlanan suallara cavab verib və Ermənistanın vəziyyətini şərh edib:

“Ermənistanın məhv olması Zənzəgurdan başlayacaq. Onların Rusiya ilə qarşılıqlı şəkildə münasibətləri korlaması Ermənistanın suveren hüququdur. Bu hüququ Ermənistan hakimiyyətinə onların seçiciləri verib. Bundan sonra ssenari fərqli məcrada inkişaf edəcək. Eynən Latviya, Litva və Estoniyadakı ssenari baş verəcək. Əhalinin yaşayış səviyyəsi aşağı düşəcək və dərin iqtisadi böhran yaşanacaq. Hazırkı vəziyyətdə ermənilərə nə edəcəkləri barədə məsləhət verə bilmərəm. İndi onlar özlərini çox ağıllı rejissor hesab edir və nə edəcəklərini, hansı addımları atacaqlarını yaxşı bilirlər. İsraildə müharibə zamanı hər kəs cəbhəyə yollandı. Orada heç kəsə fərq qoyulmadı və dünyanın hər yerindən könüllər İsrailə köməyə gəldi. İndi siz 2-ci Qarabağ müharibəsi zamanı İrəvan küçələrində gəzən insanları yadınıza salın. Elə indinin özündə İrəvan küçələrindəki insanları gözünüzün qarşısında canlandırın. Paşinyan Qarabağı könüllü şəkildə təhvil verdi. Yüzlərlə, minlərlə erməni hökumət binasına, İrəvandakı Rusiya səfirliyinə hücum etdilər. Bəs həmin insanlar niyə cəhbəyə getməyə cəhd etmədilər? Mən bu suala cavab verə bilmərəm. Əgər həmin insanlar ölkələrinin varlığını istəyirlərsə, onun uğrunda mübarizə aparmağa hazır olmalıdırlar. Amma belə getsə, onlar hər şeylərini itirəcəklər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*