Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Səfər çərçivəsində erməni nazir rusiyalı həmkarı Sergey Lavrovla beynəlxalq gündəmdəki məsələləri və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.