Ermənistanın yeni XİN rəhbəri o ola bilər – Paşinyan Prezidentə TƏKLİF ETDİbackend

Ermənistanın yeni XİN rəhbəri o ola bilər - Paşinyan Prezidentə TƏKLİF ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyana xarici işlər naziri vəzifəsinə Mqer Qriqoryanın təyin olunmasını təklif edib.

KONKRET.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Nikol Paşinyan səhiyyə naziri postuna Anait Avanesyan, fövqəladə hallar naziri vəzifəsinə Andranik Piloyan, təhsil, elm, mədəniyyət və idman naziri postuna Vaqram Dumanyan, iqtisadiyyat naziri vəzifəsinə isə Vaqan Kerobyanın təyin olunmasını təklif edib.

Bundan başqa, Nikol Paşinyan ədliyyə naziri vəzifəsinə Karen Andreasyan, maliyyə naziri postuna isə Tiqran Xaçatryanın təyinatı ilə bağlı təklif irəli sürüb.

Ermənistan Prezident Administrasiyasından bildirilib ki, xarici işlər nazirinin təyinatı ilə bağlı təklif aparata daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*