Ermənistanla Gürcüstan arasında qalmaqal – Rusiya da işə qarışa bilərbackend

Ermənistanla Gürcüstan arasında qalmaqal – Rusiya da işə qarışa bilər

“Gürcüstan laboratoriya yoxlaması bəhanəsi ilə tranzit yükləri dayandırmaqla erməni məhsullarının Rusiyaya girməsinin qarşısını almaq üçün yeni bir yol tapıb. Bu isə o deməkdir ki, 1990-cı illərin əvvəllərində olduğu kimi qanuni “bespredel” qayıdır”.

KONKRET.az bildirir ki, bu fikirləri Ermənistanın “Hraparak gündəlik” qəzeti yazır.

Nəşr vurğulayır ki, Gürcüstan sərhədindəki Gezi terminalında Ermənistandan Rusiyaya gedən yük avtomobilləri saxlanılıb.

Yüklərin markalı spirt olduğu deyilir. Qəzet bildirir ki, Gürcüstanın gömrük və digər sərhəd xidmətləri qanunsuz hərəkətlər edir. Belə ki, yük maşınlarının sürücülərinin vəsiqələri əllərindən alınır və faktiki olaraq maşınları həbs edilir.

Gürcülər iddia edirlər ki, tranzit yüklərdə mayenin keyfiyyəti yoxlanılmalıdır.

“Mən 20 gündür terminaldayam”, – deyə sürücülərdən biri bildirir: “Mənə dedilər ki, laboratoriyada brend alkoqolun keyfiyyəti yoxlanılmalıdır. Gürcüstan laboratoriyası keyfiyyətin qənaətbəxş olduğunu bildirib, lakin nümunə götürüb yenidən test aparmaq üçün Fransadakı laboratoriyaya göndərmək hansı mqəsədə xidmət edir? Qaçaqmalçılıq şübhəsi varsa və ya silah gəzdirdiyimiz barədə məlumat varsa, yükləri yoxlaya bilərlər. Lakin alkoqolun keyfiyyətini yoxlamaq hüququ yoxdur. Belə halla ilk dəfə idi rastaşırdım”.

Nəqliyyat şirkəti isə yük sahiblərindən bir gün gecikməyə görə 20 min dram tələb edir. Güman edilir ki, Gürcüstan hakimiyyəti sərhəddəki erməni şirkətləri üçün maneələr yaradır və yerini gürcü istehsalı olan spirtlə doldurmaq üçün onları Rusiya bazarından çıxarmağa çalışır.

“Hraparak” nəqliyyat ekspeditorlarının şikayətini əsas gətirərən Xarici İşlər Nazirliyinə və Ermənistanın Gürcüstandakı səfirliyinə müraciət edib. “Səfirlik məlumatlıdır və addımlar atılır”, – deyə Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan konkret hansı addımların atıldığını bildirməyib. Sadəcə bu sözlərlə kifayətlənib: “Artıq problemlə məşğuluq. Məlumata görə sizə təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*