Əsəd Zelenskinin Ərəb Liqasındakı çıxışına qulaq asmadı – VİDEObackend

Əsəd Zelenskinin Ərəb Liqasındakı çıxışına qulaq asmadı - VİDEO

Suriya Prezidenti Bəşər Əsəd Ukrayna lideri Volodimir Zelenskinin Ərəb Liqasının mayın 19-da başlayan iclasındakı çıxışına qulaq asmayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya liderinin jesti tviterdə yayılıb.

Belə ki, Zelenski Rusiyanın törətdiyi müharibə cinayətləri haqqında danışmağa başlayanda Əsəd tərcümə üçün qulaqcıqlarını çıxarıb.

Xatırladaq ki, Zelenski mart ayında Bəşər Əsədə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Ukraynada onun aktivləri bloklanıb və ölkəyə girişi qadağan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*