“Suriyadakı qarşıdurmanın nəticəsində ölkə xəritəsi yenidən dəyişir. Müxalifətin həkimiyyətə gəlmək istəyi ölkədəki qarşıdurmanı yenidən alovlandırdı. Türkiyə rəsmi şəkildə bəyan etməsə də, artıq 2-3 gündür ki, Tel Rifatda terrorçulara qarşı əməliyyatlar keçirir. Yaxınlarda bunu rəsmi şəkildə elan etməyə məcbur olacaqlar”.
Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova deyib.
Ekspert Suriyadakı vəziyyəti şərh edərkən bildirib ki, qarşıdurmada böyük güclərin xüsusi marağı var:
“Hazırda Hələb Bəşər Əsəd rejimi və müxalif qüvvələr arasında qalıb. Rusiya Ukraynadakı vəziyyətə görə Suriyaya yetərincə dəstək verə bilmir. Müxaliflərinsə arxasında ABŞ və Türkiyənin olduğu güman edilir. Hazırda Əsədin vəziyyəti olduqca kritikdir. Suriyada kartlar yenidən paylanır. Burada İran faktorunu da nəzərə almaq lazımdır. Rəsmi Tehran İsraillə münaqişə qorxusuna görə Suriyaya yetərincə dəstək verə bilmir. Ankaranın terrorçuların planını pozması, savaşı yenidən alovlandırdı. Müxalifət daha çox irəliləməyi bacarsa, o zaman aydın olacaq ki, Türkiyə və ABŞ həmin qüvvələri dəstəkləyir. Əsəd sonda ya mövqeyini daha da gücləndirəcək, ya da hakimiyyətdən gedəcək”.
Natiq Səlim,
KONkRET.az