Əsgərimiz faciəli şəkildə HƏLAK OLDU – YENİLƏNİBbackend

Əsgərimiz faciəli şəkildə HƏLAK OLDU - YENİLƏNİB

“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda bildirilib.

***

09:44

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*