Əsgərimizi bu qruplaşma yaralayıb – “Yerkrapa” Könüllülər Birliyi haqqında BİLMƏDİKLƏRİMİZbackend

Əsgərimizi bu qruplaşma yaralayıb - “YerkrapaKönüllülər Birliyi haqqında BİLMƏDİKLƏRİMİZ

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanla sərhəddə keçirilən “qisas əməliyyatı” zamanı məhv edilmiş iki erməni hərbçinin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, ArmLur.am-ın məlumatına görə, ölən hərbçilər “Yerkrapa” Könüllülər Birliyinin üzvləridir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

“Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən könüllü erməni hərbçiləri birləşdirən qurumdur.

“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı ilin “Aprel döyüşləri”, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

2019-cu ildə “Yerkrapa”ya erməni terrorçu Sasun Mikayelyan rəhbərlik edir.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*