Əsirlərin mina xəritələri ilə dəyişdirilməsi davam edəcək – Qriqoryanbackend

Əsirlərin mina xəritələri ilə dəyişdirilməsi davam edəcək - Qriqoryan

Əsirlərin mina xəritələri ilə dəyişdirilməsi davam edəcək.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın TŞ-nın katibi Armen Qriqoryan deyib.

Qriqoryan məsələni konstruktivliyini, humanitar addım olduğunu və mübadilə müstəvisində həllinin davam etdiyini təsdiqləyib.

Onun müsahibəsindən sitat: “Hər cür konstruktiv addıma hazırıq. Azərbaycandan gələn bir humanitar addıma cavab olaraq, yəni əsirlərin qaytarılması müqabilində  Ermənistan hökuməti mina xəritələrini verməyə hazırdır”.

Təhlükəsizlik Şurasının katibi bu yanaşmanı tamamilə normal və məqbul hesab edir. Qriqoryanın fikrincə, diplomatik, siyasi, hüquqi və informasiya sahəsində çox iş görmədən, heç bir xüsusi səy göstərmədən də Əliyevə çox dəyərli sənəd olan mina xəritələrini verib, əsirləri geri almaq olardı”.

Xuraman Etibarlı

KONKRET.az

  • Leman
    İyun 23, 2021 - 16:30

    Sordan iwsz qalnlarida nezere alinsin hec olmasa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*