“Əsl bomba olacaqdı, amma…” – Trampdan ETİRAFbackend

"Əsl bomba olacaqdı, amma..." - Trampdan ETİRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirlər Assosiasiyasının (WHCA) ənənəvi illik qəbulunda əvvəlki çıxışlarından fərqli olaraq daha yumşaq ton seçdiyini bildirib.

KONKRET.az xəbər verir ki, təxminən bir saat davam edən nitqinə zarafatla başlayan ABŞ prezidenti, üç ay əvvəl baş vermiş silahlı insidentdən sonra yenidən təşkil olunan tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

“Üç ay əvvəl dediyim kimi, şou davam etməlidir”, – deyən D.Tramp çıxışı üçün əvvəlcədən hazırladığı daha sərt mətnin bir hissəsini çıxardığını etiraf edib.

Prezident zarafatla bildirib ki, bu dəfə nitqini daha yumşaq hazırlayıb, lakin yenə də tənqid və istehzadan tam imtina edə bilməyib.

“Hazırladığım nitq əsl bomba olacaqdı. Amma bu dəfə onun ən sərt hissələrini kənara qoydum”, – deyə o, zalda gülüş doğuran ifadələr işlədib.

Bununla belə, Tramp çıxışı boyu siyasi rəqiblərinə, media nümayəndələrinə və bəzi tanınmış ictimai simalara sataşmaqdan da çəkinməyib. O, bir sıra jurnalistləri tənqid etsə də, peşəkar fəaliyyətinə görə hörmət etdiyi media nümayəndələrinin də olduğunu bildirib.

Qeyd edək ki, builki qəbul aprel ayında baş vermiş silahlı hücum cəhdindən sonra təxirə salınmışdı. Tədbir bu dəfə Vaşinqtondakı “Waldorf Astoria” otelində gücləndirilmiş təhlükəsizlik tədbirləri altında və daha məhdud qonaq siyahısı ilə keçirilib. Trampın prezident kimi bu ənənəvi tədbirdə iştirakı isə ilk dəfə baş tutub.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*