Əslən Azərbaycandan olan iş adamı Qod Nisanov sanksiyaya məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, Böyük Britaniya iş adamlarına aid sanksiyalar siyahısına Qod Nisanovu da əlavə edib.
Bundan əlavə, iş adamları Zarax İliyev, İskəndər Mahmudov və İqor Makarov məhdudiyyətlərə məruz qalıb. Sanksiya siyahısına həmçinin “Qazprombank”ın 23, “Sberbank”ın 16 və “Sovcombank”ın 10-u direktorlar şurasının üzvü daxildir.
Siyahıya ümumilikdə 92 yeni vəzifə əlavə edilib.
Natiq Səlim,
KONKRET.az
