“Əslində Vardanyan Azərbaycanın iddialarını TƏSDİQ EDİB” – Erməni jurnalistbackend

"Əslində Vardanyan Azərbaycanın iddialarını TƏSDİQ EDİB" - Erməni jurnalist

“Ruben Vardanyan azərbaycanlıların tezislərini sözbəsöz təsdiqləyir”. 

KONKRET.az xəbər verir ki, bunu erməni jurnalist Boris Murazi Facebook səhifəsində yazıb.

“Yanvarın 6-da Azərbaycan mediası bir daha bəyan etdi ki, Qarabağ erməniləri faktiki olaraq blokadada deyil, çünki Rusiya Federasiyası və BQXK sülhməramlıları lazımi ərzaq və dərmanları çatdırır.

Azərbaycan mediasının dərcindən iki gün sonra Qarabağın “dövlət naziri” Ruben Vardanyan azərbaycanlıların tezislərini hərfi mənada təsdiqlədi. Mən demirəm bu kişi satqındır. Amma soruşa bilərik ki, necə oldu ki, o, Azərbaycan mediasının iddialarını dəstəkləməyə qərar verdi? Və bütün bunlardan sonra biz hələ də hansısa ölkəni Qarabağa yardım etməməkdə günahlandırırıq?

Ruben Vardanyan Qarabağa ərzaq və dərmanların sülhməramlılar vasitəsilə gətirildiyini, istirahətə gedənlərin də olduğunu deyib. Əslində, Vardanyan bəyan edib ki, heç bir humanitar böhran yoxdur”, – deyə Murazi yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*