Sümüksüz mal əti və quzu ətinin qiyməti artıb.
KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən ət satışı mağazalarında iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunur.
Qəssabların sözlərinə görə, qiymət artımı təxminən son bir ay ərzində baş verib. Artım əsasən sümüksüz dana və çəkisi az olan quzuların ətlərində qeydə alınıb.
Alıcılara çəkisi az olan quzuların ətləri kiloqramı 25-26 manatdan təklif olunur. Qəssabların sözlərinə görə, qiymətin yüksək olmasına baxmayaraq, ən çox tələbat məhz bu quzularadır:
Satıcılar qiymət artımını bir neçə səbəblə əlaqələndirirlər. Onların sözlərinə görə, əsas səbəblərdən biri heyvan yeminin bahalaşmasıdır:
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri saxlanılan heyvanların sayının azalmasıdır:
O da qeyd edildi ki, ucuz ət idxalının azalması, eləcə də Rusiya-Ukrayna müharibəsi ətin qiymətinin artmasına təsir göstərən amillərdəndir.

Bu milləti ət üzünə onsuzda həsrət qoyublar.Camaat badımcanla,kartofla gününü keçirməkdədir.Əti yalnız imkanlılar,məmurlar yeyirlər,sadə xalq bu dadı unudublar.
gor nece yalandan danisirlar bu zibil ot ve diger lazimi seyler xam mal kimi xaricden alinmirki?hamisi var olkede neyin behanesini edir bunlar her sahenin bir idare edicisi var onsuz olar ne qiymet qoyur onlada gedilir!nese yazacam tutub ser atib basacaqlar iceri ne deyesen bilmirsen zibile qalmis yerde