backend

ETİRAZ: "Pandemiya söhbətləri"ni unutmaq lazımdır"

Xarici ölkə vətəndaşlarının və həmin dövlətlərdə daimi yaşayan digərlərinin Azərbaycana girişi zamanı istənilən COVID pasportu tələbi ləğv olunub. Xüsusi karantin rejiminin bəzi məhdudiyyətlərinin aradan qaldırılması təqdirəlayiq hal kimi dəyərləndirilsə də, bir çox tələblərin mövcudluğu insanlarda müəyyən narazılıqların yaranmasına səbəb olur. Məsələn, ölkə vətəndaşlarının hələ də bəzi yerlərdə COVID pasportu ilə hərəkət etməsinin vacibliyi, eləcə də quru sərhədlərinin bağlı olması insanları narahat edən məqamlardandır. Bəs görəsən ekspertlər Nazirlər Kabinetinin bu qərarını necə dəyərləndirirlər? Ümumiyyətlə ölkə vətəndaşlarından COVID pasportunun tələb olunması nə dərəcəd düzgündür? 

Mövzunu KONKRET.az-a şərh edən REAL-ın icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, ümumiyyətlə “COVID”, “COVID pasportu”, “pandemiya” kimi söhbətləri unutmaq lazımdır: “Artıq dünya bu məfhumları yaddan çıxarıb. Dünyanın demək olar ki, əksər ölkələri COVID dönəmində mövcud olan bütün məhdudiyyətlərin hamısını aradan qaldırıb. Təkcə Azərbaycanda nədənsə bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır. O cümlədən, quru sərhədləri bağlı saxlanılır. Ümumiyyətlə bu məsləni insanlıq unutmağa çalışır”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, hətta COVID zamanı anormal idarəetmə qərarları ilə bağlı məsələlər indi daha ciddi müzakirəyə çıxarılır və yanlışlığı sübuta yetirilir: “Həmçinin alimlərin araşdırmaları nəticəsində qapanmaların və “COVID pasport”u tələbinin yanlışlığı üzə çıxır. Ona görə də, Azərbaycan COVID bəlasını geridə qoymalı və bu məsələni birdəfəlik gündəmdən çıxarmalıdır. Nə test etməyə, nə COVID pasportu verməyə, nə də ki, vaksinləşməyə ehtiyac qalamayıb. Çünki bütün bu məsələlər artıq tarixə qovuşub”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*