“Eurovision” təmsilçimiz Fərid ölkədən niyə getdi? – “Hər yerdə qadağa qoyublar”backend

"Eurovision" təmsilçimiz Fərid ölkədən niyə getdi? - "Hər yerdə qadağa qoyublar"

Əməkdar artist Aybəniz Haşımova “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.

KONKRET.AZ “axşam.az”a istinadla bildirir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Fəridin bezib getdiyini söyləyib:

“Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, “Eurovision” müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?

Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.

Aparıcı Nanə Ağamalıyeva isə etiraz edərək “Dəfələrlə onu efirimə çağırdım, gəlmədi” sözlərini söyləyib.

Qeyd edək ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*