Evdən çıxmadan işə necə düzəlmək olar? – “Rahat” vakansiya elan edibbackend

Evdən çıxmadan işə necə düzəlmək olar? - “Rahat” vakansiya elan edib

Məlum olduğu kimi, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ticarət mərkəzləri və bir sıra iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Nəticədə isə bəzi vətəndaşlar işsiz qalıb.

KONKRET.az xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsi mövcud vəziyyəti nəzərə alaraq, işsiz şəxslərə dəstək məqsədilə əməkdaşlıq təklif edir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində üç həftə ərzində elan edilən vakansiyalar üzrə “Rahat” supermarket şəbəkələrinə iş ilə bağlı çoxsaylı müraciət daxil olub. Və müvafiq vakansiyalar üzrə artıq 100 nəfərdən çox şəxs “Rahat” supermarket şəbəkələrində işə qəbul olunub.

İşə qəbul prosesi hazırda da davam etməkdədir. Belə ki, rəhbərlik tezliklə paytaxtın Binəqədi rayonu, Binəqədi şossesi,5 ünvanında açılacaq yeni filial üçün aşağıdakı vakansiyalar üzrə iş yerləri elan edir:

– Satıcı⠀

– Kassir⠀

– Anbar işçisi⠀

– Nəzarətçi⠀

– Qablaşdırıcı

Maraqlanan şəxslər aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilərlər:

(+994 55) 355 13 44

(+994 55) 909 23 99

İşə qəbul olunmaq istəyənlər eyni zamanda CV-lərini [email protected] veb saytına göndərə bilərlər. Qeyd edək ki, iş üçün müraciət edən şəxslərlə iş görüşməsi online şəkildə təşkil olunacaq. Maraqlananların qeyd edilən müraciət vaxtlarını nəzərə almaları xahiş olunur:

Həftənin 1-5-ci günləri saat 10:00-16:00

Həftənin 6-cı günü, saat 10:00 – 13:00

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*