Əziz Səncər Prezidentlə görüşündən DANIŞDIbackend

Əziz Səncər Prezidentlə görüşündən DANIŞDI

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Prezident İlham Əliyevlə görüşü barədə açıqlama verib. 

KONKRET.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Səncər qeyd edib ki, İlham Əliyevlə gözəl görüş olub: 

“Görüş üçün İlham Əliyevə təşəkkür edirəm. Biz Qarabağ döyüşündən danışdıq. ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı heç bir şey etməməsindən, ikiüzlülüyündən danışdıq”.

O bildirib ki, 44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb:

“Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Əvvəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi.

Mən “biz türklər” dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram. Biz elmə, tibbə, təəssüf ki, bir qatqı göstərə bilməmişik. İnsanlığa borcumuz var”.

O qeyd edib ki, 44 günlük müharibədə ABŞ tərəfindən bir reaksiya olmadı:

“44 günlük müharibədə ABŞ tərəfindən sərt reaksiya göstəriləcəyindən qorxurdum. Çünki, orada erməni lobbisi güclüdür. 44 günlük müharibədə ABŞ tərəfindən reaksiya olmadı, başları prezident seçkilərinə qarışmışdı. Nəsə də deyə bilməzdilər. Çünki Azərbaycan öz doğma torpağını azad edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*