Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş – VİDEObackend

Faciəli şəkildə ölən şəxs sabiq məmur imiş - VİDEO

Lənkəranın Vələdi kəndində bədbəxt hadisə baş verib

KONKRET.az xəbər verir ki, 66 yaşlı Əzizağa Ağayev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Onun qohumu Aqil Rzayev hadisə ilə bağlı Baku TV-yə danışıb.

“Balıq tutmağa getmişdi, bir də eşitdik ki, elektrik vurması səbəbindən dünyasını dəyişib. Çox gözəl insan idi”, – deyə Aqil Rzayev bildirib.

Qeyd edək ki, Əzizağa Ağayev uzun müddət Lənkəranda yüksək vəzifədə çalışıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*