Kartdan istifadə etmədən pul çıxılır? – “BakıKart” açıqladıbackend

Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” açıqladı

Bir müddət əvvəl ictimai marşrutda NFC ilə ödənilən gedişlərə görə, kartlardan qeyri-müəyyən vaxtlarda toplu halda vəsaitlər çıxılırdı. Bundan sonra tətbiqlərdə hansı ödənişin hansı marşrutda istifadə olunduğuna dair yenilik yaradıldı. Lakin bir neçə gündür yenə eyni hal təkrarlanır. Sərnişinlər bildirirlər ki, əsasən gecə saatlarında bir neçə dəfə eyni istiqamətlərdə gedişə dair ödənişlər kartdan çıxılır.

Bəs görəsən, kartlardan çıxılan pullar gedilən ödənişlərə görəmi çıxılıb? Burada hansısa texniki problem var?

KONKRET.az xəbər verir ki, “BakıKart”dan Lent.az-ın sorğusuna cavab olaraq qeyd olunan halın ictimai nəqliyyatda NFC ödəniş sistemi üzrə gecikmiş avtorizasiya prosesi ilə əlaqədar olduğu bildirilib:

“Bəzi hallarda bank kartı ilə həyata keçirilmiş gediş üzrə ödəniş dərhal deyil, müəyyən gecikmə ilə kart hesabında əks oluna bilər.

Son günlərdə NFC sistemi üzrə avtorizasiya prosesində təxminən 1 günlük gecikmə qeydə alınıb. Buna görə sərnişinlər əvvəlki gün həyata keçirdikləri gedişlərin ödənişini daha sonrakı saatlarda hesablarında görə bilərlər.

Bu, sərnişinin ictimai nəqliyyatdan istifadə etmədiyi halda hesabından yeni vəsait tutulması deyil. Hesabdan çıxılan məbləğ daha əvvəl NFC vasitəsilə həyata keçirilmiş gedişin ödənişidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*