Fərhad Əliyevə yüksək vəzifə verildibackend

Fərhad Əliyevə yüksək vəzifə verildi

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

KONKRET.az Hit.az-a istinadən xəbər verir ki, indiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Əbdürrəhman Güngor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*