Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstruktiv yanaşmasını yüksək qiymətləndirir, ortaya çıxan nüanslar və fikir ayrılıqları isə türkiyəli tərəfdaşlarla dialoq zamanı nizamlanacaq.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz əvvəldən fərqli fikirlərə sahib idik… Rusiya, BMT, ABŞ, Fransa və digər Avropa ölkələri münaqişənin (Ermənistanın Azərbaycan ərazilərini işğalı nəzərdə tutulur – red.) həllinin siyasi-diplomatik üsullarla olmasının qəti tərəfdarıdırlar. Biz hələ də bu fikirdəyik. Türkiyə fərqli mövqeyə sahibdir, bununla belə, müxtəlif regional məsələlərin həllində Rusiya ilə Türkiyənin qarşılıqlı fəaliyyəti öz effektivliyini göstərdi”, – Peskov bildirib.