Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb”, – açıqlmada bildirilib.