FHN-in yeni Minaaxtaran Alayı yaradılıb – Heydərovbackend

FHN-in yeni Minaaxtaran Alayı yaradılıb – Heydərov

Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb.

KONKRET.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmçinin həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

“74 nəfər yeni mina axtaran yetişdirmişik. 120 ədəd mina axtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və ANAMA əməkdaşları ilə birlikdə ərazilərdə təmizlənmə işlərini davam etdirirlər”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*