Finlandiya Ukraynaya ən böyük hərbi yardım paketini ELAN ETDİbackend

Finlandiya Ukraynaya ən böyük hərbi yardım paketini ELAN ETDİ

Finlandiya Ukraynaya 10-cu hərbi yardım paketini elan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.

“Ukraynanın özünü müdafiəsi üçün hələ də yardıma ehtiyacı var”, – finlandiyalı nazir vurğulayıb.

O deyib ki, yeni hərbi yardım paketi indiyə qədər verilən dəstəyin ən böyüyüdür.

Finlandiya mətbuatı yeni yardım paketinin 55,6 milyon avro dəyərində olduğunu bildirib.

Qeyd edək ki, ümumilikdə Finlandiya müharibə başlayandan indiyədək Ukraynaya müdafiə üçün təxminən 160,4 milyon avro yardım edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*