backend

Fırtına öncəsi səssizlik?

Ermənilərin Gədəbəy istiqamətində atəşkəsi pozması Nikol Paşinyanın hakimiyyətini bərpa etdikdən törədilən sayını itirdiyimiz növbəti təxribatdır.

Provokasiyalar ard-arda olur: Hadrutda, Qazaxda, Ağdamda, Gədəbəydə… İki variant var: ya Paşinyan yenidən baş nazir seçildikdən sonra yerini möhləmləndirdiyini düşünüb “şıltaqlıq edir”, ya da revanşistlər, o cümlədən “Qarabağ klanı” nümayəndələri Robert Köçəryanla Serj Sarkisyan çevriliş üçün zəmin yaradır, daxili narazılıq formalaşdırırlar. Bütün idarəçiliyin Paşinyanın əlində olmadığını, hərbçilərin narazılığını nəzərə alsaq, ikinci versiya heç də qeyri-mümkün deyil.

Bu əsnada Paşinyanın tələm-tələsik, sanki ocaq üstündə yeməyi qalıbmış kimi Mokvaya səfəri də diqqət çəkir. Yenə ehtimallar üzərindən çıxış edək. Ola bilsin, onu Putin çağırıb və gələcək siyasi fəaliyyəti ilə bağlı müəyyən tapşırıqlar verib, “radar”ları göstərib. Çox güman, sərhəddəki təxribatlar barədə də danışıblar. Putin və Paşinyanın sərhəddəki rus sülhməramlılarının sayını artırmaqdan ötü belə bir senariyə əl atmaları istisna deyil. Yəni ki, guya sülhməramlılarınn sayı çox olsa oxşar insidentlər yaşanmayacaq. Sülhməramlı da sülhməramlı ola da…(Əslində onlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlsələr ermənilər bir güllə də ata bilməzlər).

İkinci bir tərəfdən təxribatlar vasitəsilə Putinin Paşinyana xəbərdarlıq mesajı göndərməsi də mümkündür. Həmin ismarıcın kodlarını təxminən belə oxuya bilərik:

“Yenə nəzarətimdən çıxıb, Qərbə meyil göstərsən, hakimiyyətdə çox qalmayacaqsan”. Əlbəttə, bu, tam mümkündür. Ən azından ona görə ki, Paşinyanın seçkilərdə qalib gəlməsinin rəsmi Moskva üçün arzuolunan olmadığı çoxlarına məlumdur.
Və, nəhayət, istisna deyil ki, Paşinyan daxildəki xaotik vəziyyəti stabilləşdirməkdən ötrü Putindən kömək istəyib. Yəni “quyruğu qapı arasında qalıb”.. Əgər belədirsə, deməli, bu, baş nazirə ucuz başa gəlməyəcək. Rəsmi Moskva vəziyyətdən mümkün qədər öz xeyrinə istifadə etməyə çalışacaq.
Bütün hallarda sərhəddəki təxribatların təsadüfi olduğuna inanmıram. Görünür, düşməni (Bu yerdə insanın yadına “İlanın ağına da lənət, qarasına da” misalı düşür) narahat edən nəsə var. Ermənilər Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə qısqanclıqla yanaşa və kommunikasiya xəttlərinin açılmasına əngəl törədə bilərlər. Bəlkə də, provokasiyalar bu məqsədlidir. Fikrimcə, belə reaksiayalar davamlı olacaq. Ta ki, atəş açılan nöqtələr susdurulana, erməni quldurları başlarının üzərində PUA-ları görənədək.

P.S: Sərlövhə növbəti anti- terror və ya müharibə ehtimalı ilə əlaqədardır./Şərq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*