Slovakiya Baş naziri Robert Fiso Moskvaya səfəri zamanı jurnalistlərə açıqlamasında Rusiya-Ukrayna münaqişəsinin başa çatmaq üzrə olduğuna dair inamını ifadə edib. O qeyd edib ki, tərəflər artıq bu qarşıdurmanın sonuna yaxınlaşırlar.
KONKRET.az xəbər verir ki, Fiso Rusiya Prezidenti Vladimir Putinlə görüşünün əsas hədəfinin dialoq olduğunu vurğulayıb. Baş nazir hər hansı növ atəşkəsin tərəfdarı olduğunu və problemlərin masa arxasında həllinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, “yüz dəfə oturub danışıqlar aparmaq” müharibəni davam etdirməkdən daha yaxşıdır. Robert Fisonun bu bəyanatı bölgədə sülh çağırışlarının artdığı və diplomatik təmasların intensivləşdiyi bir dövrə təsadüf edir.
Natiq Səlim,
KONKRET.az
