Flora Kərimova Mübariz Mənsimovla bağlı müraciət etdi – “Balaq altında gizlənənləri…”backend

Flora Kərimova Mübariz Mənsimovla bağlı müraciət etdi - "Balaq altında gizlənənləri..."

Dünya şöhrətli sənətkarımız, xalq artisti Flora Kərimova Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimova dəstək verib.

KONKRET.az xəbər verir ki, o, “Palmali” Şirkətlər Qrupunun sahibinin həbsi ilə bağlı bunları bildirib: “Millət, bu da bir sınaqdır! Millətimizin iradəsinin sınağıdır, kişiliyimizin sınağıdır! Bir millət olaraq şəhidlərinin, layiqli vətəndaşlarının, qeyrətlilərinin keşiyində deyiliksə, yerində nə qalır, kim qalır? Vətən-torpaq naminə itirdiyimiz şəhidlərimiz, Mübarizlərimiz azmış kimi, bu Mübarizimizi də itirməliyik? Bir oğul ki “Varlığımı Vətən üçün qurban verməyə hazıram” deyirsə, bəs bu Vətən o oğul üçün nə etməyə hazırdır?! Bir məqamın da fərqində olmalıyıq… Dövlət başcısının başqa bir dövlətin daxili işinə qarışmağa heç bir səlahiyyəti və siyasi imkanı yoxdur! Olsa da, birmənalı qarşılanmaz! Əminəm ki, Prezident xeyriyyəçi Mübariz Mənsimovun işinə vətəndaş, azərbaycanlı olaraq öz əzmini əsirgəməyəcək! Mənim bundan belə (müqəddəs arzularımdan başqa) umacağım yoxdur! Çoxumu yaşayıb azıma qane olan biriyəm! Topxana meşəsində kəsilən ağaclara görə düşmən başı kəsməyə hazır olan oğullarımızı görüb və bu məqamda balaq altında gizlənənləri görmək cox acınacaqlıdır! Təəssüflənmək qədər əzabverici heç nə yox imiş!!! Mübariz, Vətənim dediyiniz Azərbaycana gələn gününüz, Ad gününüz mübarək! “.

  • Afa
    Mart 23, 2020 - 15:37

    😘😘😘😘😘aferinn

  • Xezer
    Mart 23, 2020 - 23:32

    Bu adam FETÖ üyeliyi ile günahlandırılır. Ona haqq qazandırmaq mümkün deyil. FETÖ-nün hedefi sadece Türkiye deyildi. Bu gün bele Azerbaycanda o örgütün çox sayda gizli üzvleri var ve bunlar yeri geldiyinde dövlete her cür zerer vururlar.

  • Rafael Zeynalov Lahic
    Mart 24, 2020 - 14:43

    Flora xanim her zaman yuksek Azeri Qadini adini dunyaya car cekib. O bizim sevimlimiz ve ezizimizdir!
    Dedikce leyaqetli Insandir, fexrimizdir!
    Madamki Flora xanim bu muracietle dovlet rehberine uz tutub, demeli ki, Mubarizin gorduyu-tutduqu xeyriyye isleri Xalqimizin yaddasindadir!
    Var olsun Xalqimiz ve Mubariz kimi balalari!

Afa üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*