“Fransa haqlıdı, Nikol Paşinyan yanıldı” – Qazinyandan GÜLÜNC YANAŞMAbackend

"Fransa haqlıdı, Nikol Paşinyan yanıldı" - Qazinyandan GÜLÜNC YANAŞMA

“Fransa Milli Assambleyasının yekdilliklə qəbul etdiyi qətnamə və Fransa hökumətinin ona müsbət münasibəti sübut etdi ki, “Artsax” məsələsində tempi aşağı salmaq üçün heç bir beynəlxalq tələb yoxdur”.

KONKRET.az xəbər veirr ki, bu fikri “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan deyib.

“Rusiya və Fransanın “Artsax” məsələsi ilə bağlı açıq şəkildə ifadə olunmuş mövqelərini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Paşinyanın Qarabağ məsələsində geri çəkilməklə bağlı bəyanatı təşəbbüsdür və bunun səbəbləri onun Əliyevlə şifahi razılaşmalarında gizlənir”, – deyə Qazinyan bildirib.

Partiya sədri onu da əlavə edib ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ mübahisəsiz və təbiidir.

“Onu nə Əliyev, nə Ərdoğan, nə də Paşinyan ləğv edə bilməz”, – deyə Artur Qazinyan sərsəmləyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*