Fransa nəhəngindən Türkiyə qərarıbackend

Fransa nəhəngindən Türkiyə qərarı

Renault Bursada elektrikli və hibrid vasitələ işləyən avtomobil istehsalına başlayır. Oyak Renaultun baş direktoru Antoine Aoun Bursanın ən əhəmiyyətli fabriklərindən birinin 2020-ci ildə işə başlayacağını deyib. O, Türkiyədə fəaliyyətlərini 50 ildir davam etdirdiklərini bildirib. “Türkiyə bazarına, Türkiyənin gələcəyinə inanırıq və burada investisiyaları davam edəcəyik. Gələn il çox gözəl nəqliyyat vasitələri təqdim olunacaq”. İnsan İdarəetmə Konqresində iştirak edən Aoun ən əhəmiyyətli istehsal fabriklərindən birinin Bursa olduğunu söyləyib və 24 saatda hər dəqiqədə avtomobil istehsal etdiklərini deyib. “Bu il biz 70 ölkəyə 3,4 milyard avro ixrac edəcəyik”.

Aoun Türkiyədə universitetləri gəzdiyini də bildirib. “Texniki, ixtisas və mühəndislik baxımından möcüzə universitetləriniz var. Avropa ilə eyni səviyyədədir. Türk mühəndislərimizi yaponların və fransızların qarşısıına çıxarırıq. Türk mühəndislər zamanla daha yüksək səviyyəyə çatır. Hal-hazırda 70-dən çox türk mühəndisimiz Türkiyə xaricində şirkətimiz üçün çalışır”.

Aoun Türkiyədəki istehsallarının yüzdə 80 faizini ixrac etdiklərini ifadə edərək, ölkənin ən əhəmiyyətli ixracatçı şirkətlərindən olduqlarını xatırladıb.

Günel Museyib

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*