Fransalı siyasətçi ölkəsini Aİ və NATO-dan çıxmağa çağırıbbackend

Fransalı siyasətçi ölkəsini Aİ və NATO-dan çıxmağa çağırıb

“NATO-nun baş katibi Mark Rutte ilə alyansla hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gələn Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Fransanı Rusiyaya qarşı müharibəyə sürükləyir”.

KONKRET.az xəbər verir ki, bunu  Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.  Siyasətçinin sözlərinə görə, fon der Leyen özünə haqq qazandırmaq üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini genişləndirməsinin Avropanın təhlükəsizliyi və bütün dünya üçün ciddi təhdid olduğunu deyib. Filippot həmçinin Fransanın milli maraqlarını tapdalayan və müharibə istəyən Aİ və NATO-dan çıxmağa çağırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*