Fransanın keçmiş prezidenti Fransua Olland amerikalı sahibkar İlon Maskı təhqir edərək onu şeytan adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə CNews nəşri yazıb.
“Onun Yelisey sarayında qəbul edildiyini görəndə, sanki evinizə şeytanı dəvət etmisiniz, amma açıq-aydın Fransa prezidenti Emmanuel Makron bundan utanmır”, – deyə siyasətçi bildirib.
Olland həmçinin qeyd edib ki, Mask guya X sosial şəbəkəsində (keçmiş Twitter) saxta hesablarla insanlığa yaxşılıq arzulamır.
Rəsmiyyə Şərifova,
KONKRET.az