Rusiya Federal Təhlükəsizlik Xidməti “Rossiya Seqodnya” media qrupunun və RT televiziyasının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlayan neonasistlərin saxlanılması və dindirilməsinin videosunu yayıb.
KONKRET.az xəbər verir ki, saxlanılanlar hər iki şəxsi Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə öldürmək istədiklərini deyiblər.
“Mən Paraqraf-88 neonasist qrupunu yaratdım. Bundan sonra Ukrayna Təhlükəsizlik Xidməti ilə əlaqə saxladım. Biz Ukrayna hərbi kəşfiyyatının rəhbəri Budanovla vərəqələr yapışdırdıq. Bundan sonra bizə Marqarita Simonyan və Kseniya Sobçakı öldürmək tapşırığı verildi”, – saxlanılanlardan biri bildirib.
O qeyd edib ki, əvvəlcə kəşfiyyat aparıblar və bunun üçün 20 min rubl alıblar.
“Qətlləri törətmək üçün AK-105 (pulemyot), yarım milyon rubl və Kalaşnikov avtomatının patronları hazırlanmışdı. Bir qətlə görə 1,5 milyon rubl almalıydıq”, – deyə saxlanılan şəxs söyləyib.
Videogörüntülərdə üç gəncin mənzillərdə saxlanması, o cümlədən neonasist simvolları və Ukrayna millətçilərinin rəmzləri götürülüb.
***
14:57
Federal Təhlükəsizlik Xidməti RT telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçakın qətlinin qarşısını alıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, qətli Ukraynanın xüsusi xidmət orqanları planlaşdırırmış.
Bundan başqa heç bir təfərrüat yoxdur, ancaq vəd edilir ki, müfəssəl açıqlama olacaq.
Adı çəkilən jurnalistlərin eyni siyahıda olması isə maraq doğurur. Çünki onlardan biri – Simonyan rus şovinisti və Kremlin əbliğat ruporudur, o biri – Sobçak isə Ukraynaya qarşı radikal fikirlər səsləndirməyib.
