“Laçının “blok”unun açılması ilə bağlı əsas gözlənti Rusiyadandır”.
KONKRET.az xəbər verir ki, bu ay “Gallup” şirkətinin (Amerika İctimai Rəy İnstitutu) Ermənistan nümayəndəliyi Laçın dəhlizinin “bağlanması” ilə bağlı Ermənistan vətəndaşları arasında sorğu keçirib.
Suallardan biri belə olub: “Sizcə, hansı ölkə və ya ölkələr Qarabağın “blok”unu açmaq üçün səy göstərməlidir?”
Nümayəndəliyin rəhbəri Aram Navasardyanın təqdim etdiyi cavablar aşağıdakı kimidir:
Rusiya – 49,4 faiz
Ermənistan – 35,6 faiz
ABŞ – 23,0 faiz
Fransa – 22,8 faiz
İran – 6,7 faiz
Qarabağ – 4,6 faiz
Bütün ölkələr – 3,5 faiz
KTMT – 1,9 faiz
Türkiyə – 1,5 faiz
Digərləri – 8,2 faiz
Cavab verməkdə çətinlik çəkirəm – 2,3 faiz.
Xuraman Etibarlı,
KONKRET.az
