Gecə-gündüz qorxu içində yaşayırlar – Bu dəfə heyvanları hədəf aldılarbackend

Gecə-gündüz qorxu içində yaşayırlar - Bu dəfə heyvanları hədəf aldılar

Qərbi Şəriədə fələstinlilərə məxsus heyvanlara əl qoyulub. Hadisə zamanı evlərə, avtomobillərə və digər əmlaka da ziyan vurulduğu bildirilir.

KONKRET.az xəbər verir ki, işğal altındakı Qərbi Şəriənin Ramallah şəhəri yaxınlığındakı Silvad qəsəbəsinə İsrail hərbçilərinin müşayiəti ilə israillilər basqın edib. Məlumata görə, basqın zamanı 3 fələstinliyə məxsus onlarla heyvan aparılıb. Basqında iştirak edən şəxslərin qəsəbədəki bəzi evlərə, avtomobillərə və digər əmlaka ziyan vurduğu bildirilib.

Fələstinli yerli mənbələr hadisə zamanı ərazidə çox sayda İsrail hərbçisinin olduğunu açıqlayıb. İsrail ordusunun da basqınla eyni vaxtda Silvadda hərbi fəaliyyətini davam etdirdiyi qeyd olunub.

İsrail hərbçilərinin Silvadın mərkəzində, eləcə də Ramallahın şərqində yerləşən Deyr Cərir kəndinin girişində nəzarət məntəqələri qurduğu bildirilib. Bu məntəqələr səbəbindən bölgə sakinlərinin hərəkət imkanlarının məhdudlaşdırıldığı qeyd olunub. İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra Qərbi Şəriə və Şərqi Qüdsdə fələstinlilərə qarşı İsrail hərbçiləri və israillilər tərəfindən həyata keçirilən hücumların artdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*