Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi – ÖLƏN VARbackend

Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi - ÖLƏN VAR

Gədəbəy rayonunda zəhərlənmə hadisəsi olub.

KONKRET.az xəbər verir ki, rayonun Söyüdlü kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində N.İsmayılov dünyasını dəyişib. 

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*