Gələn ildən pensiyalar neçə manat artacaq? – VİDEObackend

Gələn ildən pensiyalar neçə manat artacaq? - VİDEO

Gələn ildən pensiyaların sığorta hissəsi təxminən 9% artacaq.

KONKRET.az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, pensiyaların baza hissəsi ləğv edildiyindən indi yalnız sığorta hissəsi qalıb. Bu da pensiya məbləğinin özünü formalaşdırır ki, indeksləşdirmə zamanı məbləğə nəzərdə tutulan faiz sığorta hissəsinə də təsir edir.

Musa Quliyev əlavə edib ki, minimum pensiyanın 320 manat məbləğində olacağı proqnozlaşdırılır.

Komitə sədri qeyd edib ki, gələn il üçün olan artımlar sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, şəhid ailələrinin və qazilərin daha çox sosial rifahlarının təmin olunmasına imkan verəcək. İşsizlikdən sığorta fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*