Rəqsanənin ailəsinə ağır itkibackend

Rəqsanənin ailəsinə ağır itki

Müğənni Rəqsanə İsmayılovanın atası vəfat edib.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, bu barədə tamada-şairə Nazilə Səfərli məlumat yayıb.

“Əziz dostum Rəqsanə İsmayılova. Valideynin yaşı olmur. Atan rəhmətə getdi. Hərçənd ki, sən onu heç görmədin, sarılmadın, yenə də çox üzgünsən. Göz yaşlarının şahidi oldum. Səbr diləyirəm. Allah rəhmət eləsin. Allah günahlarını bağışlasın”, – deyə Nazilə Səfərli paylaşımında qeyd edib.

Maraqlıdır ki, Rəqsanə İsmayılova son “story” paylaşımında vəfat edən atası ilə bağlı deyil, yeni oranjimanda təqdim etdiyi “Bivəfa” mahnısını paylaşıb.

Qeyd edək ki, müğənni illər əvvəl atasını cəmi 3 yaşından etibarən görmədiyini açıqlamışdı. Rəqsanə buna baxmayaraq onun atası olduğunu heç vaxt inkar etmədiyini bildirmişdi:
“Amma yenə də o, mənim atamdır. Özü pullu adamdır. Hakim vəzifəsində çalışır. Biznesləri var Rusiyada. Çox imkanlı adamdır”.

Rəqsanə İsmayılova illər əvvəl Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” layihəsində atasının axtarışına da çıxmışdı. Lakin veriliş zamanı müğənninin atası İsmayıl Cəfər oğlu İsmayılov qızını qəbul etməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*