Zeynəb Xanlarova ilə bağlı AÇIQLAMAbackend

Zeynəb Xanlarova ilə bağlı AÇIQLAMA

Xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunduğu barədə yayılan məlumat sənətçinin qohumlarını da təəccübləndirib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, əməkdar artist Mehriban Xanlarova bibisi Zeynəb Xanlarova ilə bir neçə gün əvvəl danışdığını və onun əməliyyat olunması barədə heç nə demədiyini bildirib.

“Bibimlə 3-4 gün olar ki, danışmışam. Mənə əməliyyat olunduğunu demədi. Hər şey yaxşıdır, salamatlıqdır. Əgər əməliyyat olunsaydı, mənim xəbərim olardı”, – deyə Mehriban Xanlarova qeyd edib.

O, bibisinin əməliyyat olunması barədə xəbəri təəccüblə qarşıladığını deyib:

“Belə şey olsaydı, mənə deyərdi. Mən onun öz qanındanam, canındanam. Bilmirlər ki, nə yazsınlar. Bibi mənimdir, bilmirəm ki, əməliyyat olunub, ya yox?!”

Qeyd edək ki, Olay.az Zeynəb Xanlarovanın Türkiyədə implant əməliyyatı keçirdiyini yazıb. Məlumata görə, 89 yaşlı sənətçinin əməliyyatı uğurlu keçib və o, qısa müddətdə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*