Tiktokda “Xakker Tamerlan” adı ilə tanınan İsmayıl Babayev Yaşar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İsmayıl Babayevə 25 sutka inzibati həbs cəzası verilib.
