Hörmüz boğazında “MV Cape Dao” quru yük gəmisinə mərmilərin dəyməsi nəticəsində bir nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Antiqua və Barbuda bayrağı altında üzən gəmi Oman yaxınlığındakı Hörmüz boğazından keçməklə BƏƏ-nin Mina-Səqr limanından Hindistana gedirmiş.
Quru yük gəmisinin sol bortuna iki torpedo dəyərək yaşayış bölməsini və maşın şöbəsinin bir hissəsini zədələyib. Gəmidə 28 nəfər olub, onlardan 20-si Hindistan vətəndaşıdır. Həlak olan şəxs hindistanlı olub. Ekipajın digər üzvləri təxliyə edilib.
Torpedoların kim tərəfindən atıldığı barədə məlumat verilmir.
